DÜNYA


Ukraynada bir həftədə 99 nəfər suda boğularaq ölüb

Kiyev, 7 avqust, AZƏRTAC

Ötən həftə Ukrayna ərazisində şiddətli istilərin olması suda boğulanların statistikasına da təsir edib.

AZƏRTAC-ın Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, 31 iyul-6 avqust tarixlərində ölkə ərazisindəki sularında 99 nəfər ölüb. Bu isə il ərzində suda boğularaq ölənlərin 14 faizə yaxını deməkdir.

İlin əvvəlindən bu günə qədər ölkə sularında 685 nəfər ölüb ki, bunların da 70 nəfəri uşaq olub.

Xilasedicilər il ərzində 484 nəfəri xilas edə bilib. Onlardan 106-sı uşaq olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.