DÜNYA
Ukraynada əhaliyə verilən təbii qazın qiyməti 19 faizə yaxın artır
Kiyev, 19 iyul, AZƏRTAC
Ukraynada əhaliyə verilən təbii qazın qiymətinin oktyabrın 1-dən 19 faizə yaxın artacağı gözlənilir.
AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Naftoqaz Ukrayna” maliyyə planını ölkənin Nazirlər Kabinetinə təqdim edib. Nazirlər Kabinetinin növbəti iclasında bu məsələyə baxılacaq.
Əgər “Naftoqaz Ukrayna”nın maliyyə planı təsdiqlənsə, əhaliyə verilən təbii qazın qiyməti min kubmetrə görə, 5873 qriven (203 ABŞ dolları) təşkil edəcək. Bu da mövcud qiymətdən təxminən 19 faiz (min kubmetrə görə təxminən 1000 qriven-34 ABŞ dolları) artıq deməkdir.
Hazırda əhaliyə verilən təbii qazın qiyməti min kubmetrə görə 4942 qriven (170 ABŞ dolları) təşkil edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]