DÜNYA


Ukraynada istirahət mərkəzində uşaqlar arasında kütləvi zəhərlənmə olub

Kiyev, 9 avqust, AZƏRTAC

Ukraynanın Nikolayev vilayətinin ərazisində yerləşən “Vinniça” istirahət mərkəzində uşaqlar arasında kütləvi zəhərlənmə qeydə alınıb.

AZƏRTAC-xəbər verir ki, bu barədə Nikolayev şəhər Administrasiyasının rəhbərinin müavini Vitali Kindrativ mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, xəstəxanaya 18 uşaq daxil olub. İlkin ehtimala görə, onlar hovuzda keyfiyyətsiz sudan zəhərləniblər.

Yerli KİV-lərin məlumatına görə isə, uşaqlar arasında kütləvi zəhərlənmə qidadan olub. 9 və 12 yaşlı uşaqlar rəqs qrupunda çalışırlar. Onlar kənardan gətirilən qidadan zəhərləniblər.

Həkimlər uşaqların ciddi nəzarətə götürüldüyünü qeyd edirlər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.