DÜNYA


Ukraynada milli kriptovalyuta yaradıla bilər

Bakı, 14 iyun, AZƏRTAC

Ukraynanın milli kriptovalyutası yaradıla bilər.

AZƏRTAC "psm7.com"a istinadla xəbər verir ki, bu barədə məlumat verən Ukrayna Milli Bankının nümayəndəsi Mixail Vidyakin bankın "Kriptoqrivna" buraxmağa hazırlaşdığını deyib.

Bankdan iddia edirlər ki, yeni ödəniş aləti ukraynalılara ölkənin maliyyə sisteminə inamını qaytaracaq. Qrivnanın belə təkamülü iqtisadiyyatın inkişafı və əmtəə dövriyyəsinin sürətləndirilməsi üçün imkandır.

Xatırladaq ki, Ukrayna Milli Bankı ilk dəfə deyil ki milli kriptovalyuta yaradılması layihəsini müzakirə edir. Bank 2016-ci il noyabrın 9-da Kiyevdə "Cashless Summit Ukraine 2016" konfransında nağdsız iqtisadiyyatın inkişafının yol xəritəsini təqdim edib. Sənəddə göstərilir ki, tənzimləyici blokçeynin köməyi ilə pul elektron sistemində inqilab etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.