DÜNYA
Ukraynada növbədənkənar parlament seçkilərində nəticələr dəyişməyib
Kiyev, 30 oktyabr, Zeynal Ağazadə, AZƏRTAC
Ukrayna MSK oktyabrın 26-da keçirilmiş növbədənkənar parlament seçkilərində seçici səslərinin hesablanmasını davam etdirir. Oktyabrın 30-dək hesablanmamış seçki bülletenlərinin sayı bir faizdən azdır. Nəticələr dəyişməyib.
Ali Radaya altı siyasi qüvvə keçəcək: hazırkı Baş nazir Arseni Yatsenyukun rəhbərlik etdiyi “Xalq cəbhəsi”, Prezidentin adını daşıyan “Pyotr Poroşenkonun bloku”, Lvov meri Andey Sadovının “Samopomiç” birliyi, əvvəllər Regionlar Partiyasını təmsil edən Yuri Boykonun “Müxalifət bloku”, Oleq Lyaşkonun “Radikal partiyası” və Yuliya Timoşenkonun “Batkivşina” partiyası.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]