DÜNYA


Ukraynada psixi xəstəxanada saxlanılan girovlar azad edilib

Kiyev, 5 avqust, AZƏRTAC

Ukraynanın xüsusi xidmət orqanları Lvovun psixi xəstəxanasında saxlanılan girovların azad edilməsi üçün əməliyyat keçiriblər.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, girovları saxlayan şəxs zərərsizləşdirilib. Əməliyyat zamanı girovluqda olan 10 şəxs və 5 polis müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polisin məlumatına görə, girovları saxlayan xəstəxananın pasiyenti olub.

Otuz yaşlı pasiyent məhkəmənin qərarı ilə atasını 72 bıçaq yarası ilə öldürdüyünə görə 2013-cü və 2017-ci illərdə xəstəxanada müalicəyə yazdırılıb. O, avqustun 4-də axşam saatlarında xəstəxananın giriş qapılarını bağlayaraq 76 pasiyenti girov saxlayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.