DÜNYA


Ukraynada və Moldovada 100-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Kiyev, 7 avqust, AZƏRTAC

Ukraynada qeyri-sabit hava şəraiti nəticəsində ölkənin beş vilayətinin 93 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Güclü küləklə müşahidə olunan dolu nəticəsində ölkənin Nikolayev, Odessa, Kiyev, Kirovoqrad və digər vilayətlərinin yaşayış məntəqələri işıqsız qalıb.

Qeyri-sabit hava şəraiti nəticəsində Herson və Nikolayev vilayətlərində bir nəfər ölüb, ikisi uşaq olmaqla beş nəfər xəsarət alıb.

Güclü küləklə müşahidə olunan yağış nəticəsində, həmçinin Moldovanın 20 yaşayış məntəqəsi işıqsız qalıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.