DÜNYA


Ukraynada yeni xatirə sikkəsi dövriyyəyə buraxılıb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Ukrayna Milli Bankı sentyabrın 1-dən “Ukraynada pul islahatının 20 illiyi” adlı xatirə sikkələri dövriyyəyə buraxacaq.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, alüminiumlu bürüncdən hazırlanan 1 qrivna nominallı sikkənin çəkisi 6,8 qram, diametri 26,0 millimetrdir. Dövriyyəyə cəmi 60 min sikkə buraxılıb ki, bunun da 50 mini bazara suvenir qablaşdırmada çıxarılacaq.

Yeni sikkələr Ukrayna Milli Bankının satış məntəqələrində 35 qrivnaya satılacaq.

Sikkənin dizaynını rəssamlar Vladimir Demyanenko, Vladimir Taran, Aleksandr Hаruk, Sergey Haruk və heykəltəraş Anatoli Demyanenko hazırlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.