İDMAN


Ukraynalı atıcı: Bakıda keçirilən yarışlardan xüsusi zövq aldım

Bakı, 2 avqust, AZƏRTAC 

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının qalibləri arasında Ukrayna təmsilçisi İqor Kizima da var. O, 50 metr məsafədən qaçan hədəfə yeniyetmələr (kişi) arasında fərdi yarışın qızıl medalçısıdır.

Yarışla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən idmançı atıcılıq üzrə bir çox yarışlarda iştirak etdiyini, Bakıda keçirilən yarışlardan isə xüsusi zövq aldığını vurğulayıb.

“Bakının həm qədim memarlıq abidələri, həm də yeni tikililəri çox xoşuma gəldi. Şəhərdəki ticarət mərkəzləri də çox gözəldir. Dənizkənarı parkda gəzmək olduqca maraqlıdır”, - deyən İqor Kizima yarışların yüksək səviyyədə keçirildiyini, idmançılar üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.