SİYASƏT


Ukraynalı deputat: Azərbaycanın mülki şəxslərini qətlə yetirənlər beynəlxalq tribunal qarşısında cavab verməlidirlər

Kiyev, 7 iyul, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin qətlə yetirilməsi beynəlxalq cinayətdir və bunu törədənlər beynəlxalq tribunal qarşısında cavab verməlidirlər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy deyib.

M.Kuryaçiy bildirib ki, ukraynalılar bu hadisədən təəssüflənir və beynəlxalq təşkilatları bu cinayətə göz yummamağa çağırır.

Deputatın sözlərinə görə, mülki şəxslərin öldürülməsi bir daha onu göstərir ki, münaqişənin həlli ilə bağlı mövcud status-kvonun saxlanılması qəbuledilməzdir.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi Zəhra Quliyeva həlak olub, Sərvinaz Quliyeva isə ağır yaralanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.