DÜNYA


Ukraynalı haker xəbər oğurladığına görə 30 ay həbs edilib

Bakı, 23 may, AZƏRTAC 

ABŞ məhkəməsi xəbər bülletenləri oğurlamaqda günahlandırılan ukraynalı haker Vadim Lermoloviçi 30 ay müddətinə həbs edib. V.Lermoloviç, həmçinin 3 milyon dollar təzminat ödəməli olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı V.Lermoloviç beynəlxalq cinayət şəbəkəsinin üzvüdür. O, nəşr olunmamış, yayımlanmamış xəbərləri oğurlayaraq satışa çıxarıb və bununla da 30 milyon dollar qazanıb.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, V.Lermoloviçin üzvü olduğu qruplaşma mənfəət əldə etmək məqsədi ilə 2010-2015-ci illərdə 150 mindən çox xəbər bülleteni oğurlayıb. Bu materiallar “Marketwired”, “PR Newswire” və “Businness Wire” şirkətlərinə aid olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.