İQTİSADİYYAT


Ukraynalı mütəxəssislərlə “Elektron hökumət” sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC 

Noyabrın 10-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Ukraynanın Elektron Hökumət Agentliyinin sədr müavini Aleksey Viskubun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə “Elektron hökumət” sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

RYTN-dən AZƏRTAC-a bildirilib ki, nazir müavini Elmir Vəlizadə görüşdə Azərbaycanın “Elektron hökumət” təcrübəsi barədə qonaqlara məlumat verib.

Azərbaycanın “Elektron hökumət” formalaşdırılması üzrə təcrübəsi ilə tanış olmaq üçün ölkəmizə səfərə gələn nümayəndə heyəti, həmçinin “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə görüşüblər. Elektron xidmətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər, "Elektron imza" infrastrukturu, əldə olunan nəticələr və gələcək perspektivlər barədə qonaqlara ətraflı məlumat verilib.

Nümayəndə heyəti səfər çərçivəsində “Elektron hökumət” portalının fəaliyyətinin təşkili, “Elektron imza”nın tətbiqi, həyata keçirilmiş layihələr barədə ölkəmizdəki təcrübə ilə əyani tanış olacaqlar.

Görüşdə “www.e-gov.az” portalı ilə bağlı qonaqları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.