MƏDƏNİYYƏT


Ukraynalı sənətkarlar Bakı teatrında çıxış edəcəklər

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Kuzmin dəvət olunub. Eyni zamanda, operada Violetta partiyasını əməkdar artist İnarə Babayeva ifa edəcək.

Bundan başqa, səhnə əsərində xalq artisti Əli Əsgərov, əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova çıxış edəcəklər.

Səhnə əsəri ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.