MƏDƏNİYYƏT


Ukraynalı sənətkarlar Bakı teatrında çıxış edib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim edilib.

Teatrdan AZƏRTAC-a məlumat verilib ki, səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Kuzmin dəvət olunub. Eyni zamanda, operada Violetta partiyasını ifa etmək üçün Əməkdar Artist İnarə Babayeva da səhnəyə çıxıb.

Bundan başqa, səhnə əsərində digər partiyaları Azərbaycan vokal sənətinin nümayəndələri Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova canlandırıblar.

Opera ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.