SİYASƏT


Ukraynanın Dnepr şəhərində “Azərbaycan” parkının açılması məsələsi müzakirə edilib

Kiyev, 18 iyul, AZƏRTAC

Ukraynanın böyük şəhərlərindən biri olan Dneprin mərkəzində “Azərbaycan” parkının açılması məsələsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu təkliflə Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə görüşündə çıxış edib.

B.Filatov bildirib ki, şəhərin mərkəzindəki gözəl istirahət guşələrindən birinə “Azərbaycan” adının verilməsi və orada Azərbaycanın tanınmış mütəfəkkirlərindən birinin heykəlinin ucaldılmasına hər cür dəstək göstərməyə hazırdır.

Səfir Azər Xudiyev Dnepr şəhər Administrasiyasının rəhbərinin təklifini yüksək qiymətləndirərək, Azərbaycan tərəfinin bu məsələyə baxacağını vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.