MƏDƏNİYYƏT


Ukraynanın Milli Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanıb

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin baş direktoru Dmitri Stus ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimi Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib.

Tədbirdə nazirliyin sektor müdiri Azadə Hüseynova Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyəti haqqında danışdı. Bildirdi ki, muzeyin 80 illik yubileyi ərəfəsində belə bir protokolun imzalanması əlamətdar hadisələrdən birinə çevrilir. İmzalanacaq protokol birgə əməkdaşlıq, iş təcrübəsi üçün səmərəli şərait yaradacaq və muzey əməkdaşlarının təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyət kəsb edir.

Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxışı zamanı müharibələr və hərbi münaqişələr zamanı məhv edilən abidələr, insanların incəsənətə marağı barəsində fikirlərini bölüşdü. O, hərbi sahəyə sərf edilən maliyyənin mədəniyyətə, sənətə həsr edilərək insanları sülhə səsləməsinin tərəfdarı olduğunu dilə gətirib.

Muzeyin baş mühafizi Nailə Rəhimova qonaqlara Azərbaycan Milli İncəsənət Muzeyinin yaranma tarixi və eksponatlar haqqında məlumat verib.

Tədbirdə Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin baş direktoru Dmitri Stus bildirib ki, protokol muzeylər arasında yeni mərhələyə təkan verir. Qarşılıqlı əlaqələr bizi bir-birimizə yaxın edəcək və muzey işi sahəsində təcrübələrimizi bölüşməyə imkan yaradacaq.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev isə imzalanan niyyət protokolunun elmi-tədqiqat işi, iş təcrübəsi mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında informasiyanın, elmi-metodiki ədəbiyyatın mübadiləsi sahələrində tərəflərin əməkdaşlığı üçün yeni bir səhifə açdığını bildirib. Əlaqələrin davamlı olacağını dilə gətirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.