Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ukraynanın Sosial Siyasət Nazirliyi ilə Əməkdaşlıq Proqramı imzalanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Xəbər verildiyi kimi, Ukraynanın sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənmək, bu və digər aidiyyəti sahələrdə təcrübə mübadilələri aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etməkdir.

Səfərin ilk günü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyəti ilə görüş olub. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafından bəhs edib, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb. S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan makroiqtisadi inkişaf dinamikası barədə nümayəndə heyətinə məlumat verib: “Ötən 13 il ərzində ümumi daxili məhsulun üç dəfədən çox artdığı Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə malikdir. Dünya Bankının “Doing Business” hesabatında 65-ci yerdə olan ölkəmiz Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında daha 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə yüksəlib və bu sahədə MDB məkanında yenə də birincidir. Ötən il dünyada iqtisadi böhran səbəbindən maliyyə çətinlikləri yaşanmasına rəğmən, ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə, daxili sərmayələr də əlavə olunmaqla 11,7 milyard dollar investisiya yatırılıb. Ümumilikdə adambaşına düşən sərmayələrin həcmi baxımından Azərbaycan dünyada ilk yerlərdən birini tutur”.

S.Müslümov diqqətə çatdırıb ki, məqsədyönlü islahatların məntiqi nəticəsi kimi, respublikada postenerji dövrünə uyğun şəkildə iqtisadiyyatın şaxələndirilməsi qlobal maliyyə-iqtisadi böhranın hökm sürdüyü şəraitdə də iqtisadi uğurları davam etdirməyə şərait yaradıb: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə Azərbaycanda sosial-iqtisadi sabitliyə, qeyri-neft sektorunda 5 faiz, o cümlədən kənd təsərrüfatında 2,6 faiz artıma, 100 mindən çox iş yerinin yaradılmasına nail olunub. Ölkə iqtisadiyyatında payı 70 faizə çatan qeyri-neft sektorunun inkişafı əmək bazarında da müsbət meylləri şərtləndirir. Bu gün muzdla çalışanların 98 faizi bu sektorda cəmləşib. Ümumilikdə, ölkə iqtisadiyyatı sosialyönümlü olmaqla, məşğulluq amilinə xüsusi önəm verilir. Misal üçün, 2006-cı illə müqayisədə 2017-ci ilin əvvəlinə ölkədə iqtisadi fəal əhali 13,8 faiz artdığı halda, məşğul əhalinin sayında 15,2 faiz artım qeydə alınıb”.

S.Müslümov dövlətin davamlı dəstəyi sayəsində özəl sektorun genişlənməsinin bu sektorun məşğulluqda 75 faiz paya malik olmasına, kənd təsərrüfatı sahələrinin inkişafının məşğulluq səviyyəsinin əhəmiyyətli yüksəlməsinə imkan yaratdığını qeyd edib. Nazir əmək bazarında tələblə təklifin tənzimlənməsi yönündə aktiv məşğulluq tədbirləri, işsiz və işaxtaran vətəndaşların ailə bizneslərinin qurulması üçün icra olunan özünüməşğulluq proqramı, işsizlikdən sığorta sisteminin qurulması üçün aparılan işlər, əhali artımına uyğun olaraq hazırlanmış yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib.

Ölkədə aparılan siyasətin sosialyönümlü olduğunu vurğulayan S.Müslümov mövcud iqtisadi şəraitdə dövlət büdcəsinin cari il üçün 40,3 faizinin sosialyönümlü xərclər üçün nəzərdə tutulmasının bunun əyani təzahürü olduğunu bildirib: “Ölkəmizin sosial təminat sistemi 2,5 milyon insanı əhatə edir. Həmin insanlara yönələn sosial ödənişlərdə, eləcə də əmək haqlarında mütəmadi artım dinamikası özünü göstərir. Elə bu günlərdə dövlət başçısı tərəfindən ölkədə minimum əmək haqqının artırılmasını və pensiyalarda növbəti artımın edilməsini nəzərdə tutan müvafiq sərəncamlar imzalanıb”.

Nazir son illərdə ölkəmizin əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən bəhs edib. S.Müslümov yaradılmış bu sistemlərin müasir dövrün mütərəqqi təcrübələri kimi BMT-nin rəsmi portalında yerləşdirilərək dünyada təbliğ edildiyini diqqətə çatdırıb: “Bu sistemlər bizim öz təşəbbüsümüz əsasında, Azərbaycanın öz mütəxəssisləri tərəfindən və mükəmməl proqram təminatları üzərində qurulub. Hazırda ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın bu sahədə təcrübəsini öyrənməyə böyük maraq göstərilir və bununla bağlı nazirliyə müraciətlər daxil olur”. Azərbaycanda müasir sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyini bildirən S.Müslümov qeyd edib ki, bu sistemin tərkib hissəsi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslər arasında ölkəmizdə işləyən 565 nəfər Ukrayna vətəndaşı da var.

S.Müslümov hələ 1990-cı illərin ortalarından pensiya təminatı sahəsində Ukrayna ilə əməkdaşlıq sənədinin imzalandığını qeyd edib: “Sonrakı dövrdə də hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq, Azərbaycanda müvəqqəti işləyən Ukrayna və Ukraynada müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi ilə bağlı Sazişlər imzalanıb. Əməkdaşlıq əlaqələri peşə hazırlığı işinin təkmilləşdirilməsi üçün modul proqramlarının hazırlanması, əməyin mühafizəsi sahələrini də əhatə edib. Eyni zamanda, ötən dövrdə əlilliyi olan insanların bərpa-müalicəsi sahəsində Ukrayna ilə fəal əməkdaşlıq təcrübəsi vardır. Hesab edirəm ki, iki ölkə arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü işlər aparılacaqdır”.

A.Reva Azərbaycanla Ukraynanın ikitərəfli münasibətlərinin inkişaf etdiyini, bu amilin əmək və sosial müdafiə sahələrində əlaqələrin daha da genişlənməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb. O, aidiyyəti sahələrdə mövcud olan əməkdaşlıq təcrübəsindən bəhs edib, təcrübə, informasiya və mütəxəssislər mübadiləsinin həyata keçirildiyini qeyd edib. A.Reva Azərbaycanın əmək və sosial müdafiə sistemində elektron sistemlərin, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyat sisteminin uğurlu təcrübə kimi onlarda da maraq doğurduğunu diqqətə çatdırıb. Ukraynalı nazir ümumilikdə son illərdə hər iki nazirliyin fəaliyyət sahələrində müasir və səmərəli iş mexanizmlərinin tətbiqi ilə bağlı müsbət yeniliklərin olduğunu, gələcək əməkdaşlıqda bu istiqamətdə də təcrübə mübadilələrinə diqqət yetirilməsinin önəmini diqqətə çatdırıb.

Sonra nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə və avtomatlaşdırılmış pensiya təminatı sisteminə dair təqdimatlar edilib, onların sualları cavablandırılıb.

Görüşün yekunu olaraq S.Müslümov və A.Reva tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Respublikasının Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı” imzalanıb.

Proqram əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin, dövlət məşğulluq xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, işsizlik sığortası sisteminin tətbiqi, əmək münasibətləri, əməyin mühafizəsi, peşə standartlarının hazırlanması və təsdiqi qaydası, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial xidmətlərin göstərilməsi və bu sahədə könüllü fəaliyyət, ahıl şəxslər üçün stasionar xidmət modelinin yaradılması sahələrində təcrübə mübadilələrini nəzərdə tutulur. Sənəddə təcrübə mübadilələri üçün həmçinin pensiya sisteminin qüvvədə olan mexanizmi, məcburi dövlət sosial sığorta sisteminin fəaliyyəti, sosial sığorta sisteminin idarə edilməsi və onun islahat istiqamətləri, əhaliyə sosial dəstək üzrə qüvvədə olan proqramlar və sistemlər, əlilliyi olan şəxslərin reabilitasiyası, protez-ortopedik vasitələrin istehsalı və s. sahələr müəyyən edilib.

Əməkdaşlıq Proqramının imzalanmasından sonra S.Müslümov və A.Reva jurnalistlərin suallarını cavablandırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik