MƏDƏNİYYƏT


Ukraynanın Xalq Artisti Tatyana Qolyakova Bakı teatrının səhnəsində çıxış edəcək VİDEO

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində baş rolda Ukrayna Milli Opera Teatrının prima-balerinası, Ukraynanın Xalq Artisti Tatyana Qolyakova çıxış edəcək. Onun tərəf-müqabili kimi Qraf Albertin partiyasını ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək. Mirta rolunu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Ayan Eyvazova canlandıracaq.

Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.