İQTİSADİYYAT


Ukraynanın “Zahidtransservice” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 29 iyun, AZƏRTAC

Ukraynanın “Zahidtransservice” şirkəti Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizin sahibkarları ilə əməkdaşlıq etmək niyyətində olan “Zahidtransservice” MMC Ukrayna iqtisadiyyatının müxtəlif sahələrində çalışan 53 müəssisədən ibarətdir. Şirkət ixracat üçün günəbaxan, raps, kətan, soya yağları, buğda, qarğıdalı, soya paxlası, raps toxumları, yem arpası, arpa, günəbaxan toxumları, noxud, şəkər, buğda unu, kərə yağı, süd, yoqurtlar, quru süd, toyuq yumurtası, yumurta tozu, pasterizə edilmiş quru yumurta sarısı, quru fermentləşdirilmiş termostabil yumurta sarısı, toyuq əti, günəbaxan balı, palıd taxtaları, şam ağacı tirləri, taxtalar və digər məhsullar təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.