MƏDƏNİYYƏT
Ukraynanın altı şəhəri “Eurovision-2017” yarışmasını keçirmək uğrunda rəqabət aparır
Bakı, 19 iyul, AZƏRTAC
Ukrayna Milli Televiziyası (NTU) ölkənin altı şəhərinin “Eurovision-2017” mahnı müsabiqəsini keçirmək hüququ üçün müraciət etdiyini bildirib. Bunlar Dnepr, Xarkov, Xerson, Kiyev, Lvov və Odessa şəhərləridir.
AZƏRTAC “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, namizədliyi irəli sürülən şəhərlərin nümayəndələri iyulun 20-də “NTU1” kanalında “City Battle” proqramında canlı yayımda, eləcə də milli radioda təqdimat edəcəklər. Şəhərlərdən ikisi seçilərək Təşkilat Komitəsi və Avropa Yayımları Birliyi tərəfindən nəzərdən keçiriləcək. Avqustun 1-dək yekun qərar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]