SİYASƏT


Ukraynanın analitik portalı: Erməni vandalizmi fotolarda

Bakı, 6 dekabr, AZƏRTAC

Ukraynanın populyar “Versii com. Fabrika analitiki” portalı öz saytında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın işğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri aydın göstərən fotolarını yerləşdirib. Həmin fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib.

Kiyevli həmkarlarımızın xoş məramı və güclü ədalət hissi sayəsində analitik portalın saytında yerləşdirilən AZƏRTAC-ın fotoşəkillərində Şuşa qalasının, Şuşa məscidinin, məşhur Gövhər Ağa məscidinin, Azərbaycan qəbiristanlıqlarının, o cümlədən Yerevan yaxınlığında Ağdədə qəbiristanlığının, Ağdamdakı Çay evinin və başqa yerlərin indiki vəziyyəti əks olunub.

Ukraynalı jurnalistlər öz oxucu auditoriyasına belə bir çağırışla müraciət edirlər: “Baxın, bu, özlərini dünyada əzabkeş millət kimi təqdim edən ermənilərin vəhşiliyidir”.

Materialın tam mətni və fotolarla “Versii com. Fabrika analitiki” saytının resursunda tanış ola bilərsiniz: http://versii.com/news/357816/ 

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.