DÜNYA
Ukraynanın dövlət borcu 73 milyard dollara çatıb
Bakı, 27 noyabr, AZƏRTAC
Oktyabrın 31-nə olan məlumata görə, Ukraynanın dövlət borcu 72,9 milyard dollar təşkil edib.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyi bunun 39,8 milyard dollarının xarici borc olduğunu bildirib.
Ukrayna milli valyutanın məzənnəsini qoruyub saxlamaq və xarici borcu ödəmək məqsədi ilə öz qızıl ehtiyatının yarısını satmağa məcbur olub. Belə ki, bu ilin birinci rübündə ölkənin qızıl fondu 42,61 ton olduğu halda, ikinci rübdə 40,12 tona, oktyabr ayında isə 26,124 tonadək azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]