CƏMİYYƏT
Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir
Kiyev, 16 iyun, AZƏRTAC
Ukraynanın ədliyyə naziri Pavlo Petrenko iyunun 23-də Azərbaycana ilk dəfə rəsmi səfərə gələcək.
Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ukraynalı nazir azərbaycanlı həmkarı Fikrət Məmmədov və başqa rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər və onların inkişaf perspektivləri, ölkələrimiz arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Səfər iyunun 25-də başa çatacaq.
Qeyd edək ki, P.Petrenko 2014-cü ildən Ukraynanın ədliyyə naziridir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:28]
Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub
- 08.05.2024 [21:00]
“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək
- 08.05.2024 [19:58]
DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb
- 08.05.2024 [19:29]