MƏDƏNİYYƏT


Ukraynanın məşhur balet ustası Bakı teatrının səhnəsində çıxış edəcək

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz yaradıcılıq ənənələrinə sadiq qalaraq vokal və balet sənəti ulduzlarının iştirakı ilə tamaşaların nümayişini davam etdirir. Bu sıradan növbəti tamaşa dekabrın 10-da baş tutacaqdır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün Opera və Balet Teatrında nümayiş olunacaq P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasında baş rol Odetta-Odilliya partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının prima-balerinası, bu ölkənin Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Tatyana Qolyakova dəvət olunub. Onun tərəf müqabili kimi şahzadə Ziqfrid rolunu isə digər bir ukraynalı balet ulduzu, beynəlxalq müsabiqələr laureatı Viktor İşşuk canlandıracaq.

Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.