SİYASƏT


Ukraynanın müstəqillik günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC 

Ukraynanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. Ukrayna-Azərbaycan əlaqələrindən danışan diplomat ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib, bu işdə dövlət başçılarının rolunu qeyd edib. Səfir həll olunmamış münaqişələrə toxunaraq indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. O, dünya ictimaiyyətini bu münaqişələrin həlli üçün fəallıq göstərməyə çağırıb.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin–amanlıq arzularını çatdırıb. Ölkələrimiz arasındakı əlaqələrin tarixindən söhbət açan nazir Azərbaycan-Ukrayna münasibətlərinin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib.

Tədbirdə rəsmi şəxslər, deputatlar, səfirlər, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.