SİYASƏT


Ukraynanın nüfuzlu internet nəşri V Bakı Beynəlxalq Humanitar Forumundan yazır

A+ A

Kiyev, 7 oktyabr, AZƏRTAC 

Oktyabrın 7-də Ukraynanın nüfuzlu “Versii com. Fabrika analitiki” internet nəşrində “Bakı Humanitar Forumu” sərlövhəli məqalə yerləşdirilib.

V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Aleksandr Sergi yazır: “Hazırda bəşəriyyət çətin dövrdə yaşayır. Silahlı münaqişələr, beynəlxalq terrorizm, insanların öz yurdlarını kütləvi tərk etmələri...”.

Məqalə müəllifi hesab edir ki, bu qədər çətin şəraitdə siyasi və iqtisadi məsələlərlə yanaşı, humanitar məsələlər də xüsusi əhəmiyyət kəsb edir. V Bakı Beynəlxalq Humanitar Forumu dünya dövlətlərinin qarşısında duran məhz humanitar məsələlərə həsr olunub.

Ukraynalı jurnalist oxucu auditoriyasını bu planetar tədbirin tarixi, onun dünyaca tanınmış iştirakçıları, forumun diskussiya və bütün bəşəriyyətin mənafeyini təmsil edən geniş müzakirə mövzuları ilə tanış edir.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında diqqəti son vaxtlar kəskinləşən regional toqquşmalara, Avropada qaçqınlar və radikal tendensiyalarla bağlı məsələlərə cəlb edib.

Müəllif analitik materialda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilməsi faktına da xüsusi diqqət ayırıb.

Məqalənin tam mətnini aşağıda qeyd edilən linkdən oxumaq olar:

http://versii.com/news/355115/ 

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.