DÜNYA


“Ukroboronprom” stansiyasında partlayışın əsas versiyası irəli sürülüb

A+ A

Kiyev, 29 iyul, AZƏRTAC

Ukraynanın Sumı vilayətinin “Ukroboronprom” Dövlət Konserninin Elmi-Tədqiqat Kimyəvi Məhsullar İnstitutunun 2 nömrəli sınaq stansiyasında partlayış məmurların səhlənkarlığı səbəbindən baş verə bilər. AZƏRTAC xəbər verir ki, bu fikri Sumı vilayəti hərbi prokurorunun vəzifələrini icra edən Aleksey Lyaşenko “112 Ukraina” telekanalının efirində səsləndirib.

A.Lyaşenko deyib: “İlkin versiya təhlükə səviyyəsi yüksək olan işlər görülən zaman vəzifəli şəxslərin yol verdikləri səhlənkarlıqdır”.

O bildirib ki, bu gün üçün hadisə yerinin ətraflı yoxlanılması və aviaraketin sanksiyalaşdırılmamış partlayışının səbəblərinin müəyyən olunması planlaşdırılıb.

A.Lyaşenko deyib: “Mənə məlum olduğu qədər, zərərçəkənlərin vəziyyəti sabitdir”.

Xatırladaq ki, iyulun 28-də “Ukroboronprom” stansiyasında aviaraket partlayıb, üç nəfər, o cümlədən NATO-nun bir nümayəndəsi həlak olub. Daha iki nəfər ağır xəsarətlərlə Sumı və Şostki xəstəxanalarına çatdırılıb.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.