SİYASƏT
Ulduzxan Əhmədov: ÜAK-ın ləğv edilməsi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mane ola bilər
Riqa, 17 may, AZƏRTAC
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına birmənalı şəkildə mane ola bilər. Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzxan Əhmədov söyləyib.
O bildirib ki, bu fakt Latviyada yaşayan azərbaycanlılarda böyük təəccüb hissi doğurur, axı ÜAK Rusiya Federasiyasının qanunları əsasında yaradılıb və Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi istiqamətində böyük işlər görüb.
U.Əhmədov deyib: “İndiki halda biz erməni izini istisna etmirik, çünki Rusiyanın kütləvi informasiya vasitələrində ermənilər, demək olar, bütün məsələlərin, xüsusən də Azərbaycana aid olan məsələlərin həllində daim arbitr kimi çıxış edirlər”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa