REGİONLAR


Ulu Öndər Azərbaycanın müstəqilliyinin qorunmasında misilsiz xidmətlər göstərib

A+ A

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

Bütün mənalı ömrünü xalqımızın nicatına həsr edən ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində çıxış edən muxtar respublikanın gənclər və idman nazirinin müavini Məcid Seyidov bu barədə danışıb.

Məcid Seyidov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.

“Naxçıvan” Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda çıxışında bildirib ki, Ulu Öndərin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.

“Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur” – deyən İbrahim Kazımbəyli qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, vətəndaş müharibəsindən qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda milli-ideoloji birliyin təməli qoyulub, müstəqilliyimiz möhkəmləndirilərək əbədi və dönməz xarakter alıb. Dahi şəxsiyyətin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” sözləri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.