SİYASƏT


Ulu Öndər Azərbaycanın tarixinə müstəqilliyin tam bərpasına nail olan lider kimi daxil olub

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə akademiyanın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqının bir əsrdə iki dəfə müstəqillik bayrağını qaldırdığını vurğulayıb. Müstəqilliyin ilk illərində ölkənin çox böyük sınaqlar qarşısında qaldığını xatırladan rektor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, siyasi, sosial-iqtisadi böhranın, vətəndaş qarşıdurmasının da xalqı böyük təlaşda saxladığını qeyd edib. Bildirilib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu təhlükə aradan qaldırılıb, ölkədəki vəziyyət nəzarətə alınıb, bütün sahələrdə inkişafa nail olunub. Bununla da Ulu Öndər Azərbaycan xalqının tarixinə müstəqilliyin tam bərpasına nail olan lider kimi daxil olub, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə qayğısı ilə müstəqillik tarixinin əbədiləşməsinə nail olub.

Sonra akademiyanın müəllim və tələbələri müstəqillik dövründə mədəniyyət və incəsənət, xüsusilə xoreoqrafiya sənətinin inkişafı, bu sahəyə dövlət qayğısı və uğurlardan danışıb, məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.