REGİONLAR


Ulu Öndərin anım günü ilə əlaqədar şimal bölgəsində izdihamlı mərasimlər keçirilir VİDEO

Xaçmaz, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazda xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrələri də açılıb.

X X X

Dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Qusar şəhərində də izdihamlı anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında yüzlərlə rayon sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Abidə önünə gül-çiçək düzən qusarlılar xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli liderin xatirəsini anıb, dualar ediblər.

Daha sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıblar. Çıxışlarda Ulu Öndərin zəngin irsi və şərəfli ömür yolundan danışılıb, Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğu vurğulanıb. Qeyd edilib ki, Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb.

X X X

Respublikamızın hər yerində olduğu kimi, Şabran rayonunda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayon sakinləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.

Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.