ELM VƏ TƏHSİL
Ulu Öndərin dövlətçilik təcrübəsi dərindən öyrənilməlidir
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə direktorun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb. O, Ulu Öndərin dövlətçilik təcrübəsinin öyrənilməsinin və təbliğinin bu gün qarşıda duran əsas vəzifə olduğunu bildirib və bu sahədə görülən işlər barədə məlumat verib.
İnstitutun elmi işlər üzrə direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov görkəmli dövlət xadimi Heydər Əliyevin həqiqi Milli Lider olduğunu söyləyib.
P.Kərimov ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.