ELM VƏ TƏHSİL


Ulu Öndərin ideyaları əbədiyaşardır

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb, onun irsinin öyrənilməsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və tarixi yaddaş” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində Ulu Öndərin tarixi yaddaşla bağlı fikirlərinə toxunaraq bu yaddaşın formalaşmasında tarixi şəxslərin rolundan danışıb.

Konfransda digər çıxış edənlər Ümummilli Liderin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunub, Azərbaycanın müasir inkişaf strategiyasında bu irsin roluna dair əsaslı təhlillər aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.