CƏMİYYƏT


Ulu Öndərin xatirəsi Suraxanıda silsilə tədbirlərlə anılır

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Suraxanı rayonunda bir sıra tədbirlər keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri təşkil olunur. Rayonun təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş açıq dərslər, inşa yazı və şer müsabiqələri keçirilir.

Rayon Dövlət Sosial Müdafiə Fondunun, 3 saylı Doğum evinin, “Suraxanı Maşınqayırma Zavodu” TASC-nin, 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 76, 114, 232, 290, 65, 104, 226, 285 saylı tam orta məktəblərin kollektivləri Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində olublar.

Ziyarətçilərə məlumat verilib ki, 2009-cu ilin mayından fəaliyyətə başlayan Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib. Bu günə qədər 70 mindən çox yerli və xarici ziyarətçi Heydər Əliyev Mərkəzində olub. Mərkəzin elektron kitabxanasının xidmətindən 16 mindən yuxarı istifadəçi faydalanmış, Mərkəzi ziyarətə gələnlər ulu öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar.

Ziyarətçilər Mərkəzdə Ulu Öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən materiallarla, geniş sərgi salonunda Ümummilli Liderin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı şəkillərlə, sənədlərlə, foto slaydlarla tanış olublar.

Dekabr ayının 1-də isə “Suraxanı Oyl” Əməliyyat Şirkətinin, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının, 118, 270, 315 saylı tam orta məktəblərin kollektivləri Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.