CƏMİYYƏT


Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin himayədarı olub

A+ A

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsindən sonra dahi şəxsiyyət haqqında film nümayiş olunub.

İctimai birliyin sədri Etibar Əsədov bildirib ki, Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi bəlalardan yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilas olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu tədbirdə “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” mövzusunda mühazirə oxuyub. H.Babaoğlu qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev daim gənclərə yüksək diqqət və qayğı göstərib, onların vətənpərvər, xalqa və dövlətə sadiq şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm verib. Respublika rəhbərliyinə gəldiyi ilk günlərdən gənclərin himayədarı kimi çıxış edən Ümummilli Liderimiz sağlam düşüncəli yeni nəslin formalaşdırılması istiqamətində misilsiz işlər görüb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.