MƏDƏNİYYƏT


Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasının banisidir

Bakı, 24 dekabr, AZƏRTAC

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyində QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycançılıq ideyasının mədəniyyət müəssisələrində təbliği” layihəsi çərçivəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği” mövzusunda forum keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat və yaradıcılığını, xalqa, dövlətə sədaqətini əks etdirən sənədli film nümayiş olunub.

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, layihənin və tədbirin məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsinə, tədqiqinə, geniş təbliğinə, qorunub saxlanmasına və hərtərəfli inkişafına dəstək göstərməkdir.

Digər çıxış edənlər də Azərbaycanda dövlətçilik duyğusunun gücləndirilməsində Heydər Əliyev milli strategiyasının əhəmiyyətindən söz açıb, azərbaycançılığın təkcə milli ideologiya kimi yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi Ulu Öndərdən bizə örnək qaldığını vurğulayıblar.

Konfransda “Azərbaycançılıq ideologiyası”, “Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyətin rolu”, “İnformasiya müharibəsi dövründə azərbaycançılıq ideologiyasının təbliği” mövzularında məruzələr dinlənib.

Layihə çərçivəsində azərbaycançılıq ideologiyasını aşılayan buklet və kitabçalar konfrans iştirakçılarına paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.