SİYASƏT
Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük məhəbbətlə anılır VİDEO
Bakı, 12 dekabr (AZƏRTAC). Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyəti Heydər Əliyev hər bir vətəndaş tərəfindən böyük məhəbbətlə anılır.
Bu sözləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməyə gəlmiş Hesablama Palatasının aparat rəhbəri Məhəmmədəli Süleymanov AZƏRTAC-a müsahibəsində demişdir.
Məhəmmədəli Süleymanov qeyd etmişdir ki, millətinin inkişafı üçün onun başladığı dünyəvilik və müasirlik siyasəti, eyni zamanda, quruculuq işləri bu gün sürətlə davam edir. Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və kəşməkəşli bir vaxtda xalqına arxa olan Ulu Öndər Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.