CƏMİYYƏT
Ulu öndər Heydər Əliyev hər zaman gənclərin yanında olub
Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi önəm verib, onların yanında olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn gənc fəal Seymur Ramazanov deyib.
Hər il Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəldiyini söyləyən S.Ramazanov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, bu sahədə görülən əvəzsiz xidmətlərdən danışıb. “Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral - Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə göstərilən diqqət və qayğı nəticəsində biz ölkənin ictimai həyatında fəal iştirak edirik”, - deyə S.Ramazanov vurğulayıb.