ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna xidmətləri var
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Kooperasiya Universitetində (AKU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il ildönümünə həsr edilən "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasətin uğurla reallaşdırılmasında gənclərin qarşısında duran vəzifələr" mövzusunda elmi konfrans keçirilib.
AKU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları universitetin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüblər.
Tədbir Azərbaycanın Dövlət himnin səslənməsi ilə başlanıb.
AKU-nun rektoru, Milli Məclisin deputatı Eldar Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, milli mənəvi dəyərlərimizin qorunması, ölkəmizin iqtisadi qüdrətinin artırılması ilə bağlı gördüyü işlərdən danışıb. O, Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi tarixindəki müstəsna xidmətlərindən danışıb. Rektor gənclərin bilikli və savadlı olmaları üçün dünyanın ən mötəbər ali təhsil ocaqlarında oxumalarına şərait yaradan Ulu Öndərin öz ölkəsinin gələcəyi üçün mühim baza hazırladığını vurğulayıb. Gənclər siyasətinin əsasını qoyan Heydər Əliyevin əməllərinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışıblar. Bu siyasi kursun hələ yüz illərlə Azərbaycanı inkişaf etdirəcəyinə əminliklərini bildiriblər.
Tədbirdə AKU ilə yanaşı, bir neçə universitetin tələbələri iştirak edib.