SİYASƏT


Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Küveytdə də anılıb

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Küveytdə tədbir keçirilib. Tədbirdə bu ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər” Dostluq Cəmiyyətinin təmsilçiləri, Küveytin siyasi, ictimai xadimlərinin, səfirliyin əməkdaşları, Küveyt-Türk məktəbinin müəllim heyəti, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələri və yerli jurnalistlər iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfir Elxan Qəhrəman Azərbaycan hərtərəfli inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Ulu öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açaraq, E.Qəhrəman müasir Azərbaycanın da Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb. Səfir Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsinin, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinin, onun əbədi, dönməz xarakter almasının, dinamik iqtisadi və siyasi inkişaf yolu ilə inamla irəliləməsinin məhz ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyev bu siyasi kursu layiqincə davam etdirir.

Bununla yanaşı, səfirliyimizdə Ulu Öndərin xatirəsinə həsr olunan fotosərgi, həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin həyat və fəaliyyəti barədə sənədli filmə tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.