REGİONLAR


Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi

Sumqayıt, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

İyunun 14-də Sumqayıtdakı “28 May” Mədəniyyət Evində Qubadlı Rayon İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram tədbirində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın nicat yolunun başlanmasından danışılıb. Bildirilib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yaşanırdı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzü gündən-günə güclənirdi. Gənc müstəqil respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Azərbaycan xalqı bu çətin dövrdə öz xilaskarına – Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövlətçiliyimizi bəlalardan qurtardı. Ulu Öndər yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin əbədiliyini təmin etdi.

Qeyd olunub ki, 1993-cü ilin 15 iyunundan başlayan və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilən siyasət sayəsində ölkəmiz beynəlxalq müstəvidə öz layiqli yerini tutub. Prezident İlham Əliyev rəhbərliyi ilə sosial-iqtisadi sahədə ölkəmiz analoqu olmayan uğurlara imza atır. Bu uğurlar Qubadlı rayonunun həyatında da özünün bariz təsdiqini tapır.

Çıxışlarda əminliklə vurğulanıb ki, işğal altındakı torpaqlarımız dövlətimizin başçısının rəhbərliyi ilə düşməndən tezliklə azad olunacaq.

Tədbir geniş konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.