SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi Türkiyənin Tarsus şəhərində yad edilib
Bakı, 9 may, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyətinin ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir mayın 9-da Türkiyənin Tarsus şəhərində, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunub.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Əliyar Əliyev, icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun daxil olduğu nümayəndə heyəti təntənəli tədbirdə iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Qeyd edək ki, Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri qardaşlaşıblar.