ELM VƏ TƏHSİL


Ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr edilən konsert

Bakı,12 may, AZƏRTAC

Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən konsert keçirib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl tədbir iştirakçıları fakültənin müəllim və tələbələrinin rəsm əsərləri ilə tanış olublar.

Fakültənin dekanı, dosent Laçın Həsənova tədris prosesinin təkmilləşdirilməsi ilə yanaşı, həyata keçirilən müxtəlif ictimai-mədəni tədbirlər, layihələr haqqında məlumat verib.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı slayd nümayiş olunub.

Konsertdə Nərmin Kamilovanın dirijorluğu ilə fakültənin birləşmiş xoru çıxış edib. Sonra musiqisi Nailə Mirməmmədliyə, sözləri Asəf Həsənova məxsus olan, fakültənin himni ilk dəfə səsləndirilib və digər mahnılar ifa olunub.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konsertin yüksək səviyyədə təşkilinə görə fakültənin kollektivinə təşəkkür edib, uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.