İDMAN


Ulyanovskda MDB ölkələri milli idman növlərinin və oyunlarının birinci festivalı keçiriləcək

Bakı, 5 avqust, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən iri idman tədbiri təşkil olunur.

AZƏRTAC xəbər verir ki, avqustun 12-15-də Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçiriləcək. Bu festivala 1000-dən çox idmançı və 70 mindən çox azarkeş qatılacaq. Azərbaycanın da iştirak edəcəyi bu mötəbər tədbirin proqramına Olimpiya və qeyri-Olimpiya idman növləri daxil edilib.

Təntənəli paradla başlayacaq festivalda MDB xalqlarının milli idman ənənələri ilə bağlı sərgi, Birliyə üzv ölkələrin idman kinosu festivalı keçiriləcək. Həmçinin MDB ölkələri və xalqlarının dostluğu parkının təməli qoyulacaq. Bundan başqa, idman və estrada ulduzları ilə gündəlik təlimlər, beynəlxalq etno-mədəni forum təşkil ediləcək.

Festivalda 70 dəst medal uğrunda mübarizə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.