İQTİSADİYYAT


“Ümid” və “Babək”in işlənməsinə dair saziş təsdiqlənib 

Bakı, 11 may, AZƏRTAC

Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişi və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, eləcə də həyata keçirilməsinə icazə verilməsi barədə Qanunu təsdiqləyib.

Sənədə görə, Sazişə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilib və onların həyata keçirilməsinə icazə verilib. Qanun qüvvəyə mindikdən sonra Sazişdə və Müqavilədə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Müqavilənin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin və Müqavilənin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Sazişin və Müqavilənin tərəflərinin Saziş, Müqavilə, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər həmin tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.