İQTİSADİYYAT


“Ümid” yatağında yeni quyu istismara verilib

Bakı, 28 dekabr, AZƏRTAC

“Ümid” yatağında yeni yüksəkhasilatlı 14 nömrəli qaz-kondensat quyusu istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədilə ötən ilin mart ayından qazılmasına başlanan quyu 6 min 352 metr dərinliyə və məhsuldar qatın VII horizontuna çatdırılıb. 6317-6282 metr dərinlik intervalında perforasiya işləri aparılıb, quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır. Quyudan gündəlik 1 milyon kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənilir. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir.

Qeyd edək, hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu, ümumilikdə, sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.