ELM VƏ TƏHSİL


Ümumdünya Elm Festivalının gələn il Bakıda keçirilməsi nəzərdə tutulub

Bakı, 6 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva Ümumdünya Elm Festivalının açılış mərasimində iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, dünya üzrə elmi innovasiyaların ən böyük mərkəzlərindən olan ABŞ-ın Nyu-York şəhərində keçirilən elm festivalında ən son ixtiralar və yüksək texnologiyalar təqdim edilib.

Ümumdünya Elm Festivalının direktoru Yudit Koks və baş meneceri Debra Nirin iştirakı ilə təşkil olunmuş görüşdə gələcəyə dair proqnozlar, həyata keçirilməsi nəzərdə tutulan layihələr və innovativ həllərə dair geniş fikir mübadiləsi aparılıb.

Yudit Koks Ümumdünya Elm Festivalının 2018-ci ildə Bakıda keçirilməsinin nəzərdə tutulduğunu bildirərək tədbirdə maraqlı müzakirələrin aparılacağına və mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.