CƏMİYYƏT


Ümumdünya Gömrük Təşkilatının konfransında “Tranzitlə bağlı gələcəyə baxış” konsepsiya sənədi müzakirə edilib

Bakı, 21 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransında iştirak edir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 20-də konfransın açılış mərasimində Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Ruslan Davıdov və ÜGT-nin Avropa Regionu üzrə sədr müavini xanım Bettina Vogl-Lang iştirak ediblər.

Konfransda müzakirəyə çıxarılan ilk məsələ ÜGT-nin Avropa Regionunda “Tranzitlə bağlı gələcəyə baxış” adlı konsepsiya sənədi olub.

Bu sənədlə əlaqədar müzakirələrdən əvvəl Dünya Bankının Qlobal Proqram meneceri Villiam Gainin “Ümumi iqtisadi mühit və gələcəyə çağırışlar” və ÜGT-nin Avropa Regionu üzrə sədr müavini xanım Bettina Vogl-Langın “Təşəbbüsün arxasında dayanan səbəblər” mövzusunda çıxışları dinlənilib.

Sonra konfrans çərçivəsində ilk dəfə olaraq panel iclaslar keçirilib. Bu iclaslarda “Tranzitlə bağlı gələcəyə baxış” konsepsiya sənədi müzakirə edilib.

Konfransın gedişində ÜGT-nin 2017-2018-ci illərdə siyasi, maliyyə və audit komitələrində “Bergen sazişi”nə müvafiq olaraq təmsilçilik və ÜGT-nin funksiyalarına dair idarəçilik məsələlərinə baxılıb. Həmçinin Avstraliya nümayəndə heyətinin “İdarəetmə sənədi” ilə bağlı təqdimatı və sənədin müzakirələri keçirilib.

Daha sonra ÜGT-nin Avropa Regionu üzvləri olan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə təşkilatın baş katibi və baş katibin müavini vəzifələrinə, eləcə də Gömrük Əməkdaşlıq Şurası Konvensiyasına qoşulmaya dair məsələlərə baxılıb.

Konfrans aprelin 21-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.