İDMAN


Ümumdünya Şahmat Olimpiadası münasibətilə poçt markaları buraxılıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC 

“Azərmarka” MMC-nin nəşr etdiyi növbəti markalar Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunub. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Xatırladaq ki, “Azərmarka”nın "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı poçt markası "L'arte del francobollo" jurnalı (İtaliya) tərəfindən "Ayın ən orijinal markası" seçilmişdi. Markanın planeti ideal təsvir etdiyi, həmçinin dünya kubokuna ev sahibliyi edən qədim Bakıda yerləşən "Qız qalası"nın ətrafında dünyanın digər məşhur tarixi abidələrinin - İtaliyanın "Piza qülləsi", Fransanın "Eyfel qülləsi", Londonun "Biq Ben"i, Rusiyanın Kreml qülləsi, Hindistanın "Ranqanatxi" məbədi və ABŞ-ın "Azadlıq heykəli"nin yer alması xüsusi vurğulanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.