İQTİSADİYYAT


Ümumdünya Turizm Təşkilatının şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti başa çatıb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti bu gün öz işini başa çatdırıb. Sammitin ikinci günü panel iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev moderator qismində çıxış edib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şəhər turizminin inkişafında mədəniyyətin rolu” mövzusunda keçirilən panel iclasında mədəni turizm, eləcə də maddi və qeyri-maddi irs elementlərinin şəhər turizmində rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Panel iclasının açılışında çıxış edən Əbülfəs Qarayev mədəniyyət və şəhər turizmi arasındakı münasibətlərdən, mədəni elementlərin turizmin inkişafında istifadə edilməsi yollarından, eləcə də ölkəmizdə bu istiqamətdə görülən işlərdən bəhs edib.

Mədəniyyət və turizmin qarşılıqlı əlaqəsindən danışan nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib və panel iclasın iştirakçılarını, eləcə də qonaqları bu tədbirə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.